DünyaŞou

“O, əlbəttə, köpəyoğludur, amma bizim köpəyoğludur”

Bu gün Vyanada “Eurovision 2026” mahnı müsabiqəsi başlayır. Düzdür, son illər bu müsabiqə mahnı müsabiqəsinə yox, lgbt+ şabaşına oxşayır, amma sözüm onda deyil. Deyəsən, bu dəfəki müsabiqə tarixin ən mübahisəli və siyasiləşdirilmiş yarışmalarından birinə çevriləcək.

Əsas mübahisə İsrailin iştirakı ilə bağlıdır. İsrail nümayəndəsinin iştirakına görə 5 ölkə – İrlandiya, İslandiya, İspaniya, Niderland və Sloveniya Tv-ləri “Eurovision”a boykot elan ediblər və onu yayımlamayacaqlar. Mübahisəyə baxmayaraq, təşkilatçılar müsabiqəyə35 ölkədən iştirakçıları toplaya biliblər.

İsrailli iştirakçı Noam Bettan “Bild”-ə bildirib ki, çıxışı zamanı mümkün təxribatlara hazırlaşaraq, əvvəlcədən qışqırıq və fit səsləri ilə məşq edib. O, komandasının üzvlərinin məşqlər zamanı onun oxumasına qəsdən müdaxilə etdiyini iddia edib.

Xatırladıram ki, Rusiyanı müsabiqədən təşkilatçılar iştirakçı ölkələrin etirazlarını gözləmədən elə Ukraynada müharibə başlayan kimi çıxartmışdılar. İsrail 3 ildir soyqırımı aparır, bunu BMT-nin xüsusi komissiyası da rəsmi təsdiq edib, amma…

…vaxtilə ABŞ prezidenti F.D.Ruzveltin Nikaraqua diktatoru A.Samosa haqqında dediyi kimi: “O, əlbəttə, köpəyoğludur, amma bizim köpəyoğludur”.

 

Asif Şəfəqqətov

Tacxeber.com

Oxşar xəbərlər

İran dəhşətləri – meyitin qolunda tatunu görməyib morqa qaytarıblar

admin

Baydenin Zelenskiyə təklifi – Detallar açıqlandı

admin

Rusiyanın Ukraynadakı itkiləri bütün ağlasığmaz dəyərləri aşıb.

redaktor