İkinci Dünya müharibəsi propaqanda aləti kimi o qədər istifadə olunub ki, biz çox sadə həqiqətləri görmürdük.
Əslində isə nə baş verdi?
İki qaniçən diktator və anti-insani rejim Avropanın geosiyasi təsir zonasını yenidən bölmək fikrinə gəldi. Əvvəl onlar Avropanı öz aralarında bölmək istədilər. Bu isə Avropa xalqlarına ölüm, qan, işğal və faciələr gətirdi.
Daha sonra isə bir-birini gələcəkdə aldadacağından şübhələnən tərəflərdən biri hər şeyi özünə götürmək qərarına gəldi və başqasına hücum etdi, amma gücünü səhv hesabladı.
Nəticədə ikinci tərəf birincinin istədiyi hər şeyi özü aldı. Bu da Avropa xalqlarına yenidən işğal, ölüm və faciələr gətirdi.
ABŞ və Böyük Britaniya çox çətin seçim qarşısında qalmışdılar və həmin anda daha az təhlükəli hesab etdikləri tərəfə kömək etdilər.
Daha sonra Qərb öz seçimini düzəltməyə başladı və Soyuq Müharibənin sonunda ikinci monstr da məğlub oldu.
Bu gün isə həmin ikinci monstrun külü üzərində kiçik birisi yenidən dirçəlib. Amma onun orijinala çox uzaq olması səbəbindən hətta müvəqqəti olaraq belə ciddi perspektivi yoxdur.
