9 may 1945-in qələbə günü… Suallar, cavablar.
Bu, kimin qələbəsi və məglubiyyətidir əslində?
Kimin davası olubsa, onun. Bəs, kimin davası olub əslində? Stalinlə Hitlerin.. İki ən amansız tarixi tiranın… İki biri-birisinə oxşar düşmənin!
Yaradılmış kommunist və faşist partiyaları da bu iki tiranlara insan kütləsinin beynini yuyub vuruşa, qırğına, “qələbə, üstün xalq, cənnət həyat!” adıyla xalqı ölümə hazırlamaq üçün ideologiya kimi lazım olub. Yazıq xalqlar isə, tam bir kütlə və vasitə… Qurbanlıq edilənlər.
Əslində bunlar müxtəlif tonlarda eyni mahnını oxutduran dirijorlar, eyni mahiyyətli diktatorlar olub. Ideologiyalarının da kökündə eyni-oxşar məqsəd durub: insan qətli, hökmranlıq, şöhrət.
Necə ki, bir az fərqli rənglə eyni mənşəli sünnı- şiə ideologiyasını “cənnətə düşmək” və “axirət qorxusu” adilə, o zamankı tiranlar istifadə edib xalqları qırğına veriblər. Hitler-Stalin də, eynilə.
(Necə, bu gün də Putin və Xamenei rejimi edir)
Bəs, eyni qədər kütləvi qırğın, dağıntı bəlalara bais olan, iki tiran və onların ideologiyalarının haradasa bir fərqi olubmu? Bəli, haradsa olub. Faşizm insanları yalnız fiziki-cismi məhv edib, bolşevizm isə, insanları cismən məhv edib və qalan kütləninsə, beyin-şüurunu yuyaraq zəlil edib. Ona görə də, müharibədən sonra alman xalqı sağlam başla çox yüksək inkişaf etdilər, ruslar isə, yuyulub məhv olmuş başla qalıblar.
Allah rəhmət eləsin, Stalin müharibəsində və Stalin repressiyasında həyatını itirən doğma- yaxınlara, bûtün həmvətənlərimizə, hər kəsə!
