22.5 C
Bakı
28 İyun 2026 11:51
DünyaTexnologiya

Bu da Ukraynanın daha bir kartı və ya daha bir ” kozırı”

“TRİZUB” lazer dron tutan maşını!

Sosial şəbəkədə Ukraynanın dronları vurmaq üçün nəzərdə tutulmuş “Trizub” lazer silahının görüntüləri yayımlanıb.
Onun istehsalçısı olan Celebra Tech⁠ “Мілітарний” nəşrinə bildirib ki, lazer kompleksi son sınaq mərhələsindən keçir və ictimai təqdimata hazırlanır.
Celebra Tech-in məlumatına görə, “Trizub” düşmənin kəşfiyyat pilotsuz aparatlarını 1500 metrədək məsafədə vurmağa qadirdir. FPV-dronların məhv edilməsinin effektiv məsafəsi isə 800–900 metr təşkil edir. Ümumilikdə “Trizub” 5 km məsafədəki hədəfləri vurmaq imkanına malikdir ki, bu da Shahed tipli PUA-ların effektiv şəkildə məhv edilməsinə imkan verəcək.

Təkmilləşdirmələr zamanı hazırlayıcılar sistemə süni intellekt əsaslı əlavə tuşlama, hədəflərin avtomatik aşkarlanması və izlənməsi, həmçinin düşmən obyektlərinin hərəkət trayektoriyalarını dəqiq müəyyən etmək üçün radarlarla inteqrasiya funksiyalarını da əlavə ediblər.

Qəhrəmanlara  EŞQ OLSUN!

 

Nəriman Abdinov

Tacxeber.com

Oxşar xəbərlər

Ermənilər Ukraynaya qarşı yeni hərbi birlik qurur

redaktor

Aİİ sammitində Lukaşenko və Paşinyan arasında mübahisə düşüb

redaktor

Çin 10 sərnişin daşıya bilən ilk PUA-nı təqdim etdi

admin