DünyaSiyasət

BİZ QAYITDIQ: Pijamalı Prezidentlik

Tramp karikatura paylaşaraq, üstündə yazıb:

“Yuxulu Co Bayden Administrasiyasının çox dəqiq təsviri. Böyük ziyan dəyib, amma BİZ QAYITDIQ!!! Prezident DJT”

Karikaturada Tramp Bayden Administrasiyası haqqında təsəvvürünü təsvir edib.

Prezident kreslosunda pijamada oturub xoruldayan “yuxulu” Codur. Onun arxasında Barak Obama və Hillari Klinton dayanıblar – yəni əslində Administrasiyanı idarə edənlər onlardır. Baydenin yerinə imza atmaq qərarını Obama verir – “autopen” qutusu onun əlindədir. Qol çəkən, deyəsən, Nensi Pelosidir. Baydenin qarşısında stoldan burnuna kokain çəkən isə onun oğlu Hanter Baydendir.

Beləliklə, karikaturada 2 ABŞ prezidenti, 1 dövlət katibi və prezidentliyə namizəd, 1 Konqresin spikeri, 1 prezident oğlu, əslində dövlətin özü lağa qoyulub.

…və bütün bunları təsvir edib, lağa qoyan ABŞ-ın fəaliyyətdə olan prezidentidir.

Mənə elə gəlir ki, ABŞ-ın nüfuzuna Tramp qədər zərər vura bilən düşməni olmayıb.

Amma insafla danışsaq, hər şeyi düz təsvir edib.

 

Asif Şəfəqqətov

Tacxeber.com

Oxşar xəbərlər

Ukrayna bu yaşayış məntəqələrini azad etdi – Foto

redaktor

“Hamını söyürlər” – Deputatdan maraqlı təklif

redaktor

Həma şəhəri qiyamçıların nəzarətinə keçdi – Bəşər Əsəd… – SON XƏBƏR

redaktor