DünyaSiyasət

Pakistanın baş naziri Şahbaz Şərif

“Hörmüz boğazında cəsarətli liderliyinə və “Azadlıq Layihəsi”ni dayandırılmasını vaxtında elan etməsinə görə Prezident Donald Trampa minnətdaram.

Prezident Trampın Pakistan və digər qardaş ölkələrin, xüsusən də Səudiyyə Ərəbistanı Krallığının və əziz qardaşım Vəliəhd Şahzadə və Səudiyyə Ərəbistanının Baş Naziri Əlahəzrət Şahzadə Məhəmməd bin Salmanın xahişinə verdiyi nəzakətli cavab bu həssas dövrdə regional sülhün, sabitliyin və barışığın irəliləməsi üçün uzun bir yol açacaq. …”

Guya ki, Tramp “Azadlıq Layihəsi”ni Şahbazın və əziz qardaşı Salmanın xahişinə görə dayandırdı.

“Azadlıq Layihəsi” əməliyyatını “çoxsaylı ölkələrin xahişi ilə” ABŞ 5 aprel səhəri başladı, boğazda burnu əzildi və 6 apreldə “Şahbaz və Salmanın xahişi ilə” dayandırdı. Guya bunlar xahiş etməsəydilər, Tramp bu gün İranı daş dövrünə göndərəcək və özü gəmiyə minib, boğazın sağından soluna, solundan sağına keçəcəkdi. Trampa bir bəhanə lazım idi ki, palçıqdan dəfə özü girdiyi biri onu çıxartsın. Yəqin ki, Şahbaza da belə bir post yazmağı onun adamları tapşırıblar.

Necə deyərlər: Haynan gələn vaynan gedər. 

Asif Şəfəqqətov

Tacxeber.com

Oxşar xəbərlər

Putin Ukraynaya iki ay vaxt verdi

redaktor

Podolyak Rusiyanı məğlub etməyin yeganə yolunu açıqladı

redaktor

Rusiya Ukrayna bataqlığında: 24 saatda 1160 canlı itki

redaktor