Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, Ukrayna 9 may üçün xüsusi hərbi əməliyyat zonasında atəşkəs təklifi almayıb.
“Heç kim bizimlə rəsmi olaraq əlaqə saxlamayıb, heç kim bizə rəsmi olaraq heç nə təklif etməyib”, – deyə o bildirib.
Zelenski həmçinin Qələbə Günü şənlikləri zamanı atəşkəsin təşkil edilməsi ideyasını da mənasız adlandırıb. “Gəlin bir gün parad keçirmək üçün dayanaq — bu, ciddi deyil. Bizim bayramlarımız yoxdur”, – deyə dövlət başçısı qeyd edib.
