DünyaGündəmSiyasət

Rusiya Müdafiə Naziri ,bizim eks Müdafiə Naziri Səfər Əbiyevin yolun gedir

Rusiya prezidenti Vladimir Putin Rusiya Silahlı Qüvvələrinin Aerokosmik Qüvvələrinin komandanı General-polkovnik Viktor Afzalovu vəzifəsindən azad edib.Onun yerinə General-polkovnik Aleksandr Çayko təyin edilib.

Buna səbəb Ukrayna dron ordusunun Rusiyanın dərinliyində yerləşən strateji obyektlərə aramsız zərbələri və dünən Kremlinin yaxınlığındakı küçəni vurmasıdır.

General-polkovnik Viktor Afzalov 2023-cü ildə
“Vaqner” qiyamına görə vəzifədən azad olunan Ordu Generalı Sergey Suvorikinin yerinə təyin olunmuşdu.

54 yaşlı Çayko Moskva Suvorov Hərbi Məktəbinin məzunudur. İxtisasca “Tankisdir”

Karyerası boyu

Motoatıcı alay komandiri,

27-ci və 2-ci motoatıcı briqadalarının komandiri

20-ci Qvardiya Ordusunun komandiri (2014)

1-ci Qvardiya Tank Ordusunun komandiri

2019-cu ildən Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini və 2019–2021-ci illərdə Suriyada Rusiya qoşun qruplaşmasının komandiri olub.

12 noyabr 2021-ci ildə Çayko Şərq Hərbi Dairəsinin komandanı təyin olunub.
General-polkovnik Aleksandr Çaykonun rəhbərlik etdiyi ordu qruplaşması müharibənin ilk günlərində Kiev vilayətində bir necə şəhəri tutub,paytaxt Kievə yaxınlaşsada sonradan Ukrayna ordusunun əks-hüçumu ilə darmadağın edilmişdilər.
Ukrayna müharibəsində Kiev vilayətində Rusiya ordusunun biabırçı məğlubiyyətindən sonra 6 iyul 2022-ci ildə Çayko Şərq Hərbi Dairəsinin komandanı vəzifəsindən kənarlaşdırıldı.

 

Tofiq Şahmuradov

Tacxeber.com

Oxşar xəbərlər

Tramp aşağıdakı diaqramı paylaşaraq, yazıb: “Vau. Bu diaqramı öyrənin (araşdırın)!

redaktor

Tramp: Kuba da çökəcək

admin

ABŞ -dan Avropa dövlətlərinə şok çağırış- “Hindistana sanksiyalar tətbiq edin”

redaktor