22.7 C
Bakı
09 İyun 2026 13:30
DünyaSiyasət

Paşinyan küçədə piyada gəzir, qonşu Avropaya vizasız hazırlaşır, biz isə 6 ildir öz qapımızı bağlı saxlayırıq

Nikol Paşinyan küçədə piyada gəzir, bəzən avtobusda “peraşki” yeyir. Bəzən metroda, marketdə sadə vətəndaşla höcətə girir. Onun bu hərəkətlərini bizə “bambılı” davranışı kimi təqdim edirlər.

Amma baxın, dünyanın 50-dən cox ölkəsinin rəhbəri, o cümlədən İlham Əliyev Paşinyanın həmsədrliyi ilə keçirilən tədbirdə iştirak etdilər.

Bu ilin sonunda Ermənistan vətəndaşları Avropaya vizasız səyahət hüququ alacaqlar.
Gürcüstan vətəndaşları artıq neçə ildi bu hüquqa malikdirlər.

Biz isə nəinki Şengen zonası, heç öz sərhədlərimizi sərbəst aşa bilmirik. 6 ildir quru sərhədlərimizi bağlı saxlayır, “pandemiya” deyib başımızı aldadırlar. Bunu da Avropanın ikili standartları ilə əsaslandırmaq mümkün deyil axı?!

Bu hüquqsuzluq şəxsən mənim təkcə marağıma yox, həm də heysiyyatıma toxunur. Bəs siz nə düşünürsüz?

 

Mustafa Hacıbəyli

Tacxeber.com

Oxşar xəbərlər

Zəngəzur Dəhlizi: Cənubi Qafqazda sülhü düyünə salan GEOSİYASİ MARAQLAR

redaktor

Putin ABŞ-ın Avropa ilə məsləhətləşmələrdən sonra Ukrayna ilə bağlı mövqeyində dəyişiklik etməsini “zəiflik” adlandırıb

redaktor

Trampdan Bakıdan müsbət qarşılanmayacaq təyinat

admin