DünyaGündəmİqtisadiyyat

İtaliyanın Baş Naziri Ciorcia Meloninin Azərbaycana səfəri mühim hadisədir

2013-cü ildən bəri İtaliyanın Baş nazirləri ölkəmizə səfər etməmişdilər.
Səfər zamanı maraqlı rəqəmlər açıqlandı – məlum oldu ki, son bir neçə ildə Azərbaycan İtaliyaya 3 mlrd. dollardan çox investisiya yatırıb.

Ölkəmizin investor olması yaxıdır, amma, bəzi suallara da hökumət cavab versə, lap yaxşı olar.

Son 20 ildə Azərbaycan xarici ölkələrdə 30 mlrd. dollardan çox yatırım edib. Təbii, ən böyük investisiya qardaş Türkiyəyə qoyulub – təqribən, 20 mlrd. dollar.
Hökumət üzvləri bu investisiyalar haqqında ciddi bir hesabat hazırlamalıdırlar, çünki suallar yaranır:

1) Son 20 ildə 30 mlrd. dollarlıq investisiyalarda Dövlətin (Neft Fondu və dövlət şirkətləri) payı nə qədərdir, özəl sektorin investisiyaları bu 30 mlrd. dollara daxildi, ya yox?

2) Yatırılan 30 mlrd. dollarlıq investisiyalardan bu 20 il ərzində Azərbaycan Dövləti nə qədər dividend əldə edib?

3) Əldə olunan qazancla bağlı ölkələr üzrə detallı məlumat niyə dərc olunmur? Dərc olunubsa, hansı hesabatdan rəqəmlərlə tanış olmaq olar?

 

Natiq Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

Plan dəyişdi: Bu icra başçıları seçkiyə qədər yola salınacaq – SİYAHI

admin

Bakı-Astara yolundakı yanğınla bağlı MƏLUMAT – VİDEO

admin

Mikayıl Müşfiqi sizin kimilər güllələtdirdilər” – Elza efirdə əsəbiləşdi

redaktor