İsrailin rəsmi kəşfiyyat və daxili təhlükəsizlik orqanları bəyanat yayıb ki, İranın, (SEPAH-ın) Azərbaycanda hazırladığı terror aktları cəhdi qarşı alınıb.
Rəsmi sənəddə ətraflı qeyd edilir ki, (SEPAH) Azərbaycanda bir sıra strateji, dini hədəflərə qarşı hücumlar planlaşdırıbmış.
Bildirilir ki, bir neçə həftə əvvəl Azərbaycanın ərazisində fəaliyyət göstərən terror strukturu zərərsizləşdirilib. Bu qrup Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri kimi strateji obyektə, eləcə də İsrail səfirliyinə terror aktları hazırlayırmış.
Və vurğulanır ki, terror hazırlığı görən operativ qrupun üzvləri Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Onlardan xeyli partlayıcı dronlar, qurğular aşkar edilib. İranın əlaqələndiriciləri qrupun fəaliyyətinə birbaşa göstəriş və müşahidə, fotoşəkil nəzarəti edib.
Bildirilir ki, aparılan bu əməliyyat və kəşfiyyat işləri nəticəsində SEPAH-ın gizli terror şəbəkə strukturu və komanda zənciri müəyyən edilib.
Açıqlamada, şəbəkəyə rəhbərlik edən yüksək rütbəli SEPAH zabitlərin adlarını da açıqlayıb.
Nə demək olar, bu bəyanat barədə? Düzdür ki, İsrailin bu rəsmi məlumatı, xüsusən məsələni təfsilatı, detalları, adlar ilə yayması, müəyyən fikir, düşüncələr yaradır. Ancaq, hadisənin baş verdiyi və əməliyyatın aparıldığı Azərbaycanın rəsmi qurumlarının bəyanata şərh vermədiyi üçün, hələlik konkret ciddi söz demək olmur.
İran rejiminin Azərbaycanda terror, ya təxribat törətməsi yeni və qəribə deyil. Ancaq indiki bu, gərgin müharibə və zəiflədiyi, baş qarışıq dövr, onun Azərbaycanda bu terroru etmə halı varmı? Özü də, bu terrora rəhbərlikdə adlar çəkilən İran generallarının əksəriyyəti öldürülüb. Suallar var.
