Dünyaİdman

ÇL- PSJ və “Atletiko” yarımfinalda

Bu gün Çempionlar Liqasında ilk yarımfimalçıların adına aydınlıq gəlib.

Belə ki, 1/4 final mərhələsinin cavab görüşləri çərçivəsində 2 matç keçirilib.

Belə ki, bu gün nəhənglərin duelləri gerçəkləşib. “Atletiko” 1 həftə əvvəl 2:0 hesabı ilə qalib gəldiyi “Barselona”nı qəbul edib və 1:2 hesabı ilə uduzub. İki oyunun cəmində Madrid təmsilçisi mərhələ adlayıb. Komanda yarımfinalda “Arsenal” (İngiltərə) – “Sportinq” (Portuqaliya) duelinin üstün tərəfi ilə üz-üzə gələcək.

İngiltərədə isə “Liverpul” ötən həftə uduzduğu PSJ-ni sınağa çəkib. “Mersisaydlılar” bu dəfə də Paris klubuna məğlub olublar. Beləliklə, PSJ 1/2 finalda “Bavariya” (Almaniya) – “Real” (İspaniya) cütünün güclüsü ilə qarşılaşacaq.

Qeyd edək ki, 1/4-in digər iki cavab görüşü sabah baş tutacaq.

14 aprel

23:00. “Liverpul” (İngiltərə) – PSJ (Fransa) – 0:2

Qollar: Dembele, 72, 90+1

İlk oyun – 0:2

23:00. “Atletiko” (İspaniya) – “Barselona” (İspaniya) – 1:2

Qollar: Lukman, 31 – Yamal, 4, Torres, 24

Qırmızı vərəqə: Qarsiya, 79 (“Barselona”)

İlk oyun – 2:0

15 aprel

23:00. “Bavariya” (Almaniya) – “Real” (İspaniya)

23:00. “Arsenal” (İngiltərə) – “Sportinq” (Portuqaliya)

Yarımfinal

PSJ – “Bavariya” / “Real”

“Atletiko” – “Arsenal” / “Sportinq” (Qol.az)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Putinin Türkiyəyə gözlənilən səfəri baş tutmaya da bilər.

admin

Ərdoğanın səsini süni intellektlə təqlid etdi – SAXLANILDI

admin

Erməni məktəblilər Tərtərin ərazisində təlim keçir?  – FOTO/FAKT

redaktor