DünyaHadisə

1993-cü ildən bəri ilk dəfədir ki, Livan və İsrail danışıqlar masasında birbaşa görüşür

 Təsəvvür edin ki, 33 il ərzində qartıyıb mümkünsüz olan tarixin bir göz qırpımında mümkünə çevrilə bilir. Yaxın Şərqin ikinci ən qaynar düyünü Livan nəhayət ki, İranın İsraillə təsir və təzyiq poliqonundan canını xilas etməkdə qərarlıdır.

Danışıqlar Vaşinqtonda Marko Rubionun vasitəçiliyilə keçirildi.

“Biz bilirik ki, onillərlə mürəkkəbləşmiş tarixlə üz-üzəyik. Lakin dayanıqlı sülhün yaranması üçün çərçivə fəaliyyəti planı qurmağa ümidliyik” – Marko Rubio.

Bu, görüş dərhal möcüzə yaratmayacaq, lakin Yaxın Şərqdə sülh və sabitlik naminə irəliləyişə doğru birinci addım saymaq olar.

Livanda lövbər salmış terrorçu “Hizbullah” danışıqları artıq mənasız adlandıraraq danışıqlar zamanı İsrailin şimal ərazilərini raket atəşlərinə məruz qoyub, bununla da sülhün qatı əleyhdarı olduğunu bir daha göstərib.

Vaşinqtonda əsası qoyulan çərçivə planı reallaşarsa İran rejimi Yaxın Şərqdəki dayaqlarını ciddi şəkildə itirmiş olacaq. Bu isə təkcə Yaxın Şəqrdə dönüş nöqtəsi yox, həm də İranın Yaxın Şərq siyasətinin sarsılması olacaq.

 

Arzu Qaziyeva

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Fələstin dövlətinin yaradılmasına qarşıyıq – Netanyahu

redaktor

Yüzlərlə hüquqşünas BMT-yə İranla bağlı çağırış etdi

redaktor

Əfqanıstanda yeni Cinayət Məcəlləsinə görə bəzi cəzalar…

redaktor