DünyaTexnologiya

Apollodan Oriona: Yarım əsirlik texnoloji inkişaf

1972-ci ildə Ay səfəri üçün istifadə olunmuş “Apollo Command Module” öz dövrü üçün yüksək səviyyəli mühəndislik xariqəsi idi. Bu modul qısa müddətli, yüksək riskli Ay missiyaları çərçivəsində üç astronavt üçün nəzərdə tutulmuş kompakt yaşayış və idarəetmə mühiti təmin edirdi. Məhdud daxili həcm, sadələşdirilmiş sistemlər və yalnız əsas funksiyaları yerinə yetirmək üçün kifayət edən infrastruktur bu kapsulun xarakterik xüsusiyyətləri idi.

2026-cı ildə Artemis II missiyası çərçivəsində istifadə olunacaq Orion kosmik gəmisi isə bu sahədə əhəmiyyətli texnoloji sıçrayışı nümayiş etdirir. Daha böyük və funksional imkanlara malik olan Orion dörd nəfərlik ekipaj üçün nəzərəçarpacaq dərəcədə geniş yaşayış həcmi təqdim edir – təxminən 9,3 m³. Bu da Apollo modulunun daxili həcmindən təxminən 60% çoxdur.

Orion aşağıdakı müasir sistemlərlə təchiz olunub:

– mikroqravitasiya şəraitində işləyən “Universal Waste Management System” (sanitariya və tullantıların idarə olunması sistemi)
– təkmilləşdirilmiş life support system (həyat təminatı sistemi)
– uzunmüddətli dərin kosmos uçuşları üçün optimallaşdırılmış konstruktiv və funksional dizayn

Bu, sadəcə daha böyük kapsul deyil, həm də insanın kosmik uçuş texnologiyalarında yarım əsrdən artıq müddətdə əldə etdiyi mühəndislik təcrübəsinin və empirik biliklərin nəticəsidir.

Apollo programı çərçivəsində insan ilk dəfə Ay səthində iz qoymuşdursa, Orion artıq Ay orbitində və səthində davamlı insan mövcudluğunun təmin edilməsinə yönəlmiş yeni mərhələnin texnoloji əsasını formalaşdırır. Bu yanaşma uzunmüddətli Ay tədqiqatlarını və gələcəkdə Günəş sisteminin ənginliklərinə planlaşdırılan ekspedisiyaları mümkün edən infrastrukturun qurulmasına xidmət edəcək.
Apollodan Oriona keçid yalnız texniki müqayisə deyil, insanın kosmik mühitdə fəaliyyət imkanlarının fundamental genişlənməsinin göstəricisidir.

Texnoloji fərq nəzərəçarpacaq dərəcədə böyükdür.
Strateji iddia isə daha geniş və sistemlidir.

İbrahim Nəbioğlu

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Atəşkəs pozuldu, İsrail hücuma keçdi: Netanyahunun ofisi bəyanat yaydı

redaktor

Biz indi silah gəzdirənlərə, güc sahiblərinə boyun əyirik!

redaktor

“Müharibəni dayandırmayacağıq” – Netanyahu

redaktor