Martın əvvəlindən Tramp və Heqset dəfələrlə bəyan ediblər ki, İran HHM sistemi tamamilə məhv edilib.
3 apreldə həmin o tamamilə məhv edilmiş HHM ABŞ HHQ-sinə əsl “Qara cümə” yaşatdı. bir gündə vurulan texnikanın siyahısına baxın:
F-15E Strike Eagle qırıcı təyyarəsi. Qalıqları İranın qərbinə düşüb. 2 ekipaj üzvündən birini (pilot) amerikanlar xilas edə bilib, digəri (silah sistemləri zabiti) itkin düşüb.
A-10 Thunderbolt II (“Warthog”) hücum təyyarəsi. Fars körfəzi üzərində vurulub. Pilot katapult edərək sağ qalıb. (Bəzi məlumatlara görə, 2 belə təyyarə vurulub.)
HH-60W Jolly Green II (və ya Black Hawk) helikopteri. Xilasetmə əməliyyatında helikopterlər İranın atəşinə məruz qalıb və zədələnib. Onlar bazaya qayıda bilsələr də, göyərtədə olan hərbçilər arasında yaralananlar olub.
LUCAS PUA-sı. Stels texnologiyalı bu PUA-nı İranın məhv edilmiş HHM-i görməməli idi. Amma Fars körfəzi üzərində vuruldu.
MQ-1 Predator PUA-sı. Düzdür, bu PUA böyük ehtimalla Səudiyyə Ərəbistanına məxsusdur (vaxtilə ABŞ-dan alıb).
Hələ, deyəsən, “Qara cümə”dən əvvəl “Qara cümə axşamı” da olub. İran tərəfinin məlumatına əsasən 2 apreldə də göydən nemət tökülüb:
F-35 təyyarəsi. Hələlik sübutlar təqdim olunmayıb.
F-16 təyyarəsi. Hələlik sübutlar təqdim olunmayıb.
MQ-9 Reaper PUA-sı. Şiraz üzərində vurulub.
Əgər İran HHM-siz təyyarə, helikopter və PUA-ları belə vura bilirsə, onda ABŞ onlara niyə yüz milyonlarla dollar pul xərcləyir?
