12 C
Bakı
23 Aprel 2026 13:26
DigərMədəniyyət

Vətəndaş fəryadı

SƏNƏ YALVARMARAM!

Sevdim sənsiz yazı, min sənsiz qışı,
Özümə agahdır nə pis, nə yaxşı,
Çoxu sənə enir, çoxu barışır,
Sənə YALVARMARAM, a çörək, a su!

Nədir, nə gülürsən barmaqlarıma?
Qorxumsan, gəlirsən barmaqlarıma.
Misram tökülürsə barmaqlarıma
sənə yalvarmaram, a çörək, a su!

Darıxma səni də alan tapılar,
Özünü ayağa salan tapılar,
Sənə salonda əl çalan tapılar,
Sənə yalvarmaram, a çörək, a su!

Bilirəm hamıya təsirin vardır,
Sənin yüz-yüz, min-min əsirin vardır,
Yıxdıqların haqda əsərin vardır,
Sənə yalvarmaram, a çörək, a su!

Yenə də tapıbdır səni darıxmaq,
Asan deyildir ki, sonuma çıxmaq,
Gözünə qoymusan kimləri yıxmaq?
Sənə yalvarmaram, a çörək, a su!

Çörək də yeyirmiş demək insanı!
Nə günə qoyurmuş əppək insanı,
Ruhunu soyurmuş əppək insanın,
Sənə yalvarmaram, a çörək, a su!

Hikmət yalvarmağın atıb daşını,
çörək yaddaşını, su yaddaşını.
Neçə dəfə deyim kəsmə qarşımı,
Sənə yalvarmaram, a çörək, a su!

 

Hikmət Nikbin

Tacxeber.com

Oxşar xəbərlər

Qorbaçov Xanlarovaya niyə fəxri ad verməkdən imtina etdi? – Dedim ki, cəhənnəmə ver!

redaktor

İki övladını itirdi, qızına vəsiyyəti ilə hamını təəccübləndirdi – Səməndər Rzayev “krasotka” ləqəbli aktrisamızı öpərkən ona nə demişdi?

redaktor

Aqil Abbas Çingiz Abdullayevi müdaifə etdi: “Cahillərə fikir verməyin”

redaktor