Dünən: “Trampın qanı tökülməlidi!” deyə, fətva verib dünya şiələrinə əmr edən yüksək ayətulla Abdulla Cavadi Amoli bu gün artıq məhv edildi.
Çox qəribədir, İranın müdafiə sistemi varmı, ya məhv edilib sıradan çıxarılıbmı? Kimi ki, yüksək vəzifəyə təyin edirlər, uzağı 2 gün sonra vurulur.
Qorxusundan vəzifəyə gedən də yoxdur. Hərbi, inzibati ali vəzifələr yeri boşdur. İranda ali dini lider vəzifə, ölən Xameneinin yeri də boş qalıb, gedən yoxdur. Ölkə başsızdır, hakimiyyətin isə bütün qolları, SEPAH, Bəsic və sair, hər biri özü bildiyi kimi fəaliyyət göstərir, xaotik addımlarla.
Mollanın nağılı, Mehdi gəlir, taxta qılınc, başda lələk səhnələri ilə qurduğu hakimiyyət nə olası idi? Nağıl! Üstü bəzək altı… qeyri-bəzək. Yaxşı güc hay-küyü, tərifli şoular, ölkə və xaricindəki şou və şou-proksi terror qruplarına milyardlar xərcləmək. Ölkə içi dövlət və xalq isə, əliyalın!
P. S.
Yaxşı araşdırılsa, bizim Azərbaycandaki tərəf- müqavillərə, tərəfdarlarına, şəbəkə, layihələrə də az vəsait, “çörək pulu” xərcləmədi, bu dövr.
