21.4 C
Bakı
06 İyun 2026 10:43
DünyaGündəmHadisə

Terror aktları insanlığa qarşı yönəlmiş ən qəddar cinayətlərdən biridir.

İndi hamı terrordan danışır, terrordan yazır.
Məncə haqlıdırlar da.

Bu gün Naxçıvanda baş verən hadisələr hamımızı məyus edib.
Terror aktları insanlığa qarşı yönəlmiş ən qəddar cinayətlərdən biridir. Bu sözü hər gün dəfələrlə eşidirik. Və bu aktları Azərbaycan olaraq yaşamışıq. Cəmiyyəti qorxu və xaos içində saxlamaq məqsədi güdənlər bu çirkin niyyətlərini İndi açıq-aşkar həyata keçirirlər. Terror aktları günahsız insanların həyatını əlindən alır, ailələri parçalayır və həyatımızda sağalmaz yaralar açır. Heç bir ideologiya, heç bir siyasi məqsəd, heç bir iddia insan həyatından daha dəyərli ola bilməz.

Terror zorakılığın, nifrətin və insanlıqdan uzaq düşüncənin nəticəsidir. Halbuki insanlığın inkişafı mərhəmət, anlayış və dialoqdan keçir. Qorxu yaratmaqla, qan tökməklə heç bir ədalət qurmaq mümkün deyil. Əksinə, terror yalnız yeni ağrılar, yeni düşmənçiliklər və daha çox göz yaşları doğurur. Qoy dünyanı alova bürüyənlər və eləcə də vətənimizə qarşı terror planlayanlar bunu bilsin ki tutduqları iş çox iyrəncdir.
Terrorun hər forması pisdir. İnsanlıq yalnız sülh, ədalət və qarşılıqlı hörmət üzərində yüksələ bilər. .

 

Ayaz Arabaçı

Tacxeber.com

Oxşar xəbərlər

İsrailin NATO-nun yardımına ehtiyacı yoxdur – Mənbə

redaktor

ABŞ Qazaxıstanı hədələdi – Rusiyaya görə

redaktor

Ərdoğan Almaniya prezidentinə: İsrailin Fələstinə hücumlarına son qoyulmalıdır

redaktor