17 C
Bakı
01 Oktyabr 2026 06:59
DünyaGündəmHadisəSiyasət

Azərbaycan hər zaman qonşuluq münasibətlərinə və qarşılıqlı hörmət prinsipinə sadiq qalıb.

Naxçıvan istiqamətində İran ərazisindən həyata keçirilən dron hücumu region üçün son dərəcə təhlükəli presedent yaradır. Mülki infrastrukturu və dinc insanların istifadə etdiyi obyektləri hədəf alan belə addımlar təkcə beynəlxalq hüququn pozulması deyil, həm də Cənubi Qafqazda illərlə qorunan kövrək sabitliyə ciddi zərbədir.

Azərbaycan hər zaman qonşuluq münasibətlərinə və qarşılıqlı hörmət prinsipinə sadiq qalıb. Ölkəmizin ərazisi heç vaxt başqa dövlətlərə qarşı təhdid mənbəyinə çevrilməyib. Bu kontekstdə Naxçıvana qarşı yönəlmiş hücum həm siyasi, həm də mənəvi baxımdan qəbuledilməzdir.

Baş verən hadisə ilə bağlı İran tərəfindən aydın və rəsmi izahat verilməli, bu cür halların təkrarlanmaması üçün real tədbirlər görülməlidir. Eyni zamanda beynəlxalq təşkilatların və region dövlətlərinin də bu hadisəyə münasibət bildirməsi vacibdir. Suverenliyə qarşı bu cür addımların səssiz qarşılanması gələcəkdə daha təhlükəli presedentlər yarada bilər.

Azərbaycan öz vətəndaşlarının təhlükəsizliyini və ölkənin ərazi bütövlüyünü qorumaq üçün beynəlxalq hüquq çərçivəsində bütün zəruri addımları atmaq hüququna malikdir və qadirdir.

 

Eldəniz Amirov

Tacxeber.com

Oxşar xəbərlər

Bakının Trampa tərifi və Vaşinqtondan gələn tələb

redaktor

Ronaldo yığmanın düşərgəsini tərk edib?

admin

Tbilisidə Heydər Əliyevin büstünü zədələməkdə şübhəli bilinən Ermənistan vətəndaşı həbs edilib

admin