22.6 C
Bakı
07 İyun 2026 00:07
DünyaSiyasət

Vicdanlı mövqe mümkündür

İran rejiminə qarşı nəsə yazanda o dəqiqə bəziləri başlayır ki, bəs, İsrailə qarşı niyə heç nə demirsiz?

Mən dəfələrlə burdan daha geniş auditoriyası olan TV kanallarında İsrailin Qəzzadakı əməliyyatlarını qətiyyətlə qınayaraq bunu kütləvi qətl və insanlığa qarşı cinayət aslandırmışam. Mən fələstinliləri haqlı və məzlum sayıram və müstəqil Fələstin ideyasını qətiyyətlə dəstəkləyirəm. Başqa neyləyim, gedim HAMAS terrorçularına qoşulum?

Digər tərəfdən, mənim ABŞ prezidenti haqqında çox sərt, hətta bəzən həqarətamiz fikirlərim də səhifəmdə var. (Təkcə Tramp yox, həm də Bayden haqqında). Yəni ABŞ nə edirsə, kor-koranə dəstəkləyən biri deyiləm.

Bizim cəmiyyətin bədbəxtliyi bilirsiz həm də nədir? Çoxluq inanır ki, burada vicdanlı, təmənnasız və müstəqil mövqeli insan ola bilməz. Yəni mən İran rejiminə, Rusiya rejiminə qarşı çıxıramsa, deməli, Amerikadan pul alıb belə edirəm. Yalançının atasına lənət…

 

Şahin Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

Ukraynada döyüşən çeçen bölməsi məhv edildi – 23 ölü

admin

Putin: “Rusiya suverenliyini itirə bilər”

redaktor

Mərhum liderin Ərdoğana şok sözləri: Bu torpaqlar sizindir!

admin