DünyaGündəmMuharibə

Tramp İran xalqına müraciət edib

Tramp İran xalqına müraciət etdi:”Biz işimizi bitirəndə hakimiyyəti öz əlinizə alacaqsınız. Bu, rejimi devirmək üçün sizin yeganə şansınız olacaq”.

Tramp:

– İranlılar İraqda yüzlərlə amerikalı əsgəri öldürüblər. Bu, kütləvi terror idi və biz artıq buna dözməyəcəyik.

– İran dünyada terrorizmin ən böyük sponsoru­dur. Onların heç vaxt nüvə silahı olmayacaq. Bunu yenə deyirəm onların heç vaxt nüvə silahı olmayacaq.

– Biz İranın hərbi-dəniz qüvvələrini məhv edəcəyik. Əmin olacağıq ki, onların proksi qüvvələri artıq bizim əsgərlərimizə hücum edə bilməsin. Zəmanət verəcəyik ki, İran heç vaxt nüvə silahına sahib olmasın.

– Biz danışıqlar masasına oturduq, amma onlar hər şeydən imtina etdilər. Onlar sadəcə vaxt udmaq istəyirdilər və bütün fürsətləri itirdilər

– Biz onların raketlərini məhv edəcəyik. İran polisinə və təhlükəsizlik qüvvələrinə deyirəm, dərhal silahı yerə qoyun, əks halda sizi qaçılmaz ölüm gözləyir.

– İran xalqına azadlıq saatı yaxınlaşır. Evdə qalın və küçəyə çıxmayın, küçədə təhlükəlidir. Biz işimizi bitirəndə hakimiyyəti öz əlinizə alacaqsınız. Bu, rejimi devirmək üçün sizin yeganə şansınız olacaq.

 

Kamran Cəfərov

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Britaniya kralı ölkəyə qayıdan oğlu ilə görüşməkdən imtina etdi

redaktor

Qarabağ Universiteti Xankəndidə yerləşəcək

redaktor

Mərkəzi Bank Azərbaycanın ilk qanuni kriptovalyutasını nə üçün ləğv edib ?

admin