8 C
Bakı
09 Fevral 2026 15:58
DünyaSiyasət

İran güvənilməyəcək dövlət olduğunu bir daha sübut etdi.

Cəmi bir neçə gün öncə İran xarici işlər naziri Arakçi təcili Ankaraya gəlib ABŞ ilə vasitəçi olmaq üçün Türkiyədən yardım istəyirdi. Türkiyənin ABŞ-la bir neçə gündür davam edən danışıqlarından sonra, ABŞ – İran görüşünün fevralın 6-da İstanbulda keçirilməsinə qərar verildi. Açıqcası bu bir neçə gündə Ankara Trampın İranı vurmaması üçün xüsusi səy göstərdi.

Ancaq, görüşə 2 gün qalmış İran rəsmiləri Qərb ABŞ-la danışıqların İstanbulda deyil, Omanda keçirilməsini istədikləri haqda mesajlar verir. Ankara görüşə xüsusi hazırlaşırdı və aldığım bəzi məlumatlara görə,Tehranın geriyə addım atması təccüb və əsəblə qarşılanıb. İranın ABŞ-la İstanbulda deyil, Omanda görüşmək istəyinin iki səbəbi ola bilər.

1) İran ABŞ-ın şərtlərini qəbul etməmək üçün görüşdən qaçır.

2) İran Trampın onu hər an bombalaya biləcəyi bu günlərdə belə Ankaranın regional nüfuzunun artmasından narahatdır. Düşünür ki, Ankaranın vasitəçiliyi ilə bir sülh sazişi imzalanarsa bu regional rəqibi Türkiyəni önə çıxara bilər.

PS. Bu arada danışıqların İstanbulda keçirilməsinə qarşı çıxan yeganə ölkənin İsrail olduğunu da xatırladaq.

 

Ruslan Bəşirli

Tacxeber.com

Oxşar xəbərlər

Putin: Terrorçulara Ukrayna sərhədində “qapı” hazırlanmışdı

redaktor

Paşinyan restoranda Azərbaycan musiqisini SİFARİŞ VERİB? – VİDEO

redaktor

Moldovanın RF üzərində qələbəsi oldu bu…

redaktor