Cəmiyyətİdman

Canni De Byazi Azərbaycan millisinə qayıdır?

Azərbaycan millisinə növbəti dəfə italiyalı mütəxəssis Canni De Byazi başçılıq edə bilər.

Tacxeber.com xəbər verir ki, bu barədə insayder Canluka Di Martsio məlumat yayıb.

Onun sözlərinə görə, AFFA Fernandu Santuşla yollarını ayırdıqdan sonra De Byazinin namizədliyini nəzərdən keçirir.

Di Martsio yazır:“De Byazi artıq Azərbaycan futbolu ilə tanışdır: o, 2020-ci ilin iyulundan 2023-cü ilin noyabrına kimi milli komandaya rəhbərlik edib. İndi federasiya italyanı onun təcrübəsinə və komandadakı biliyinə arxalana bilər”.

Xatırladaq ki, De Byazi 2020-ci il iyulun 30-dan 2023-cü il noyabrın 22-dək Azərbaycan millisini çalışdırıb.

Fernandu Santuş 9 məğlubiyyət, 2 heç-heçədən sonra millinin baş məşqçi postunu tərk edib. Onun rəhbərliyi altında komanda bir dəfə də olsun qələbə qazana bilməyib.

İslandiyaya sarsıdıcı məğlubiyyətdən bir neçə gün sonra AFFA portuqallarla müqaviləyə xitam verdiyini açıqlayıb və millimizə müvəqqəti olaraq Azərbaycanın gənclər (U-21) yığmasının baş məşqçisi Ayxan Abbasov rəhbərlik edir.

 

Tacxeber.com

Oxşar xəbərlər

Aybəniz Haşımovanın qardaşı ilə bağlı qərar verildi

redaktor

“İçəridə dayana bilmirəm, məni buraxın, Qarabağa gedim”

admin

Güləşçimiz erməni rəqibinə qalib gələrək Avropa çempionu oldu

redaktor