CəmiyyətHadisəİdman

Azərbaycan millisi DÇ-2026-da ilk xalını qazandı

Azərbaycan milli komandası bu gün DÇ-2026-nin seçmə mərhələsində ikinci oyununa çıxıb. Millimiz Bakıda Ukrayna yığmasını qəbul edib.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Bununla da millimiz DÇ-2026-nin seçmə mərhələsində ilk xalını qazanıb.

Azərbaycan millisi seçmə mərhələyə acınacaqlı məğlubiyyətlə başlayıb. İlk turda səfərdə İslandiyaya 0:5 hesabı ilə məğlub olan millimizin çalışdırıcısı Fernandu Santuş ötən gün istefaya göndərilib. Komandanı Ukrayna ilə oyuna U-21 millimizin və “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov çıxarıb.

Qeyd edək ki, ilk turda Ukrayna isə Fransaya uduzub (0:2).

D qrupunun digər oyununda isə Fransa İslandiyanı qəbul edəcək. Matç Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

9 sentyabr

DÇ-2026, seçmə mərhələ

D qrupu

20:00. Azərbaycan – Ukrayna – 1:1

Qol: Georgiy Sudakov, 51, Emin Mahmudov, 72 – pen.

Baş hakim: Vassilis Fotias (Yunanıstan)

Tofiq Bəhramov adına Respublika Stadionu  (Qol.az)

Tacxeber.com

Oxşar xəbərlər

Sumqayıtda dəhşət: evdə tək qalan uşaqlar yanaraq öldü

admin

Joze Mourinyo “Real”a keçir?

admin

Mikayıl Cabbarova yeni vəzifə verildi

admin