DünyaSiyasət

Niderlandın F-35 qırıcıları Polşada Ukraynaya yardımı qoruyacaq

2025-ci ilin sentyabr ayından etibarən Niderland Hərbi Hava Qüvvələrinə məxsus F-35 qırıcıları Polşa üzərində NATO hava məkanını patrul edəcək. Bu barədə Niderlandın müdafiə naziri Ruben Brekelmans “X” sosial şəbəkəsində məlumat verib.

Nazirin sözlərinə görə, bu addım NATO-nun şərq cinahını qorumaq və Rusiyanı çəkindirmək məqsədi daşıyır. Eyni zamanda Ukraynaya hərbi yardımın çatdırıldığı əsas logistika xəttinin təhlükəsizliyinin təmin edilməsi vacibdir.

Brekelmans əlavə edib ki, Norveç də Polşada öz qırıcı təyyarələrini yerləşdirəcək.

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycanın hərbi həkimləri Kahramanmaraşda 10 nəfəri əməliyyat edib – FOTO

redaktor

Çeçenistanda güclü partlayış baş verib.

admin

Şahzadə Harri Trampdan qaçmaq üçün Portuqaliyada ev aldı

redaktor