CəmiyyətDinGündəmHadisə

Bəlkə də biz sinə vurmaq əvəzinə vicdanımıza vuraq?

İyulun 6-da Azərbaycanda Aşura günü polis ibadət edən insanlara nəinki mərsiyə oxumağa, nəinki sinə vurmağa, hətta… ağlamağa belə icazə verməyib.

Məncə, polis haqlıdır. Çünki, həqiqətən, bu ölkədə ağlamağa icazə vermək təhlükəlidir. İnsanlar əgər ürəklərindən ağlasalar, o göz yaşları Kərbəlaya yox, Bakıya, Gəncəyə, Tərtərə, Nardarana, Qubaya, Tovuza, İmişliyə və Talış dağlarına axacaq. Çünki bu günkü zülm, bu günkü müsibət 14 əsr əvvəlki faciədən daha canlı, daha acı və daha realdır.

Aşura bir simvoldur, haqsızlıq qarşısında baş əyməməyin, zülmə boyun əyməməyin, susmamağın simvolu. Bəs Azərbaycanda Aşura necə yaşanır? Polis ağlayan insanları susturur, mərsiyə deyənləri susdurur, sinəsinə vuranlara isə “təxribatçı” damğası vurur.

Bəlkə də biz sinə vurmaq əvəzinə vicdanımıza vuraq. Mərsiyə oxumaq əvəzinə real həyatda baş verən müsibətləri dilə gətirək. Hüseynin şəhadətini yad edərkən bu xalqın susdurulmuş səslərinə də bir az qulaq asaq. Çünki bəzən ən böyük Aşura, sənin susduğun yerdə başlayır.

Bəhruz Əliyev

Tacxeber.com

Oxşar xəbərlər

Aİ-92 markalı benzinin qiyməti 5 qəpik, dizel 10 qəpik bahalaşdı.

admin

Alim Qasımov villasını 5 milyon manata satışa çıxardı – FOTO

admin

Xəzərdə sərnişin gəmisinə su dolub, 32 nəfər təxliyə edilib

redaktor