DünyaHadisə

Fars körfəzində TƏHLÜKƏLİ VƏZİYYƏT – 900-dən çox gəmi kursunu itirdi

Fars körfəzində və Hörmüz boğazı yaxınlığında baş verən kütləvi naviqasiya pozuntusu nəticəsində 900-dən çox gəmi kursdan çıxıb.

Tacxeber.com Oxu.Az-a istinadən xəbər verir ki, balıqçı, yük gəmiləri və neft tankerləri daxil olmaqla yüzlərlə gəminin naviqasiya sistemləri qəfil dayanıb – onlar yalnız radar və kompaslarla hərəkət etməyə məcbur olublar. Bu isə toqquşma riskini artırıb.

Məlumatda qeyd olunur ki, bu hadisə İsrail-İran qarşıdurmasının gərginləşdiyi bir vaxta təsadüf edir.

Birgə Dəniz Məlumat Mərkəzi (JMIC) bu ərazidə, xüsusilə Bəndər-Abbas limanı yaxınlığında problemi qeydə alıb. Lakin Hörmüz boğazının blokadasına hazırlıq əlaməti aşkarlanmayıb.

 

Tacxeber.com

Oxşar xəbərlər

Bu gün Moskvada partlayışlar ola bilər – 3 ölkədən xəbərdarlıq

admin

İranlı deputatdan şok: “Həsənsoxdu dəyirmanıdır” – VİDEO

redaktor

Rusiyada axtarışda olan bakılı haqda YENİ QƏRAR – FOTO

redaktor