Hadisə

Şabranda ağır qəza: Vətən müharibəsi qazisi və hamilə həyat yoldaşı həlak oldular

Şabranda iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Tacxeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Şabran rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

 

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “AzSamand” markalı minik avtomobili və “Renault” markalı yük avtomobili toqquşub, 2 nəfər nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.

 

Həyata keçirilən tədbirlər nəticəsində sıxılmış vəziyyətdə qalan 2 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***
Şabranda baş verən qəzada ölənlərin kimliyi məlum olub.

 

“Qafqazinfo”nun məlumatına görə, qəzada həlak olan Sabirabadın Ulacalı kənd sakini 2002-ci il təvəllüdlü  Zeynalzadə Akif Səbahət oğlu və onun həyat yoldaşı Zeynalzadə Dinara olub. Onların bir övladları var. D. Zeynalzadə ikinci övladına hamilə olub.

Əlavə edək ki, A.Zeynalzadə Vətən müharibəsi qazisi idi.

Tacxeber.com

Oxşar xəbərlər

Bakıda film kimi olay! Banka külli miqdarda borcunu bağladı, sevincdən öldü

redaktor

Fransada sürücü avtomobilini mərakeşli azarkeşlərin üzərinə sürüb, 1 nəfər ölüb

redaktor

Fazil Mustafaya qarşı terror aktı ilə bağlı istintaqın izləri İrana gedir – XİN

redaktor