Dünya

İsrail şokda: Tramp Netanyahunun bu istəyinin üstündən xətt çəkdi

İsrailin baş naziri Benyamin Netanyahunun ABŞ prezidenti Donald Trampdan Suriyaya olan sanksiyaların davam etdirilməsini istədiyi üzə çıxıb.

 

Tacxeber.com xəbər verir ki, bu barədə “Associated Press” yazıb.

 

Məlumata görə, Netanyahu aprel ayında Vaşinqtonda görüşləri zamanı Trampdan sanksiyaların davam etdirilməsini istəyib.

 

Netanyahunun Əsəd rejiminin devrilməsindən sonra Suriyanı tez-tez havadan və qurudan hədəf alan İsrailin hücuma məruz qala biləcəyindən narahat olaraq belə bir tələb irəli sürdüyü iddia edilib.

 

Xatırladaq ki, Donald Tramp Suriyaya qarşı sanksiyaları ləğv edəcəklərini açıqlayıb.(Publika.az)

Tacxeber.com

Oxşar xəbərlər

İsrail nəinki tarixdə ən israilpərəst ABŞ prezidentini, ümumiyyətlə, ABŞ-ı itirir

redaktor

İlon Maskın imperatorluğu

redaktor

Rusiya-Ukrayna münaqişəsində nə baş verir

redaktor