18 C
Bakı
21 Oktyabr 2026 11:22
Hadisə

Həkim üzgərmə əməliyyatında canlı yayım açdı – Araşdırma BAŞLADI

Üzgərmə əməliyyatında canlı yayım açan cərrahla bağlı araşdırma başlayıb.

 

Tacxeber.comxəbər verir ki, bu barədə Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.

 

Məlumatda deyilir ki, hadisənin araşdırılması üçün işçi qrup yaradılıb.

 

“Məsələ ciddi araşdırılacaq və ehtiyac yarandığı halda plandankənar yoxlamanın açılması barədə qərar qəbul ediləcək. Araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək”,- qurumdan verilən məlumatda bildirilir.

 

Qeyd edək ki, sosial mediada “Tuana estetic centre” klinikasında Esmira adlı cərrahın üzgərmə əməliyyatı zamanı xəstənin dərisini əlində tutub, canlı yayım açdığı haqda video görüntülər yayılıb.

Tacxeber.com

Oxşar xəbərlər

Qara dənizdə iki gəmiyə dron hücumu nəticəsində səkkiz Azərbaycan vətəndaşı yaralanıb

redaktor

“28 May” yaxınlığında insident: yüzlərlə saxlanılan olduğu bildirilir

redaktor

Ağ Evdə “süni intellekt” zirvəsi və… tarixi səhv!

admin