Dünyaİqtisadiyyat

“Forbes” ən varlı məşhurların adını açıqladı – 5,3 milyardla birinci odur

“Forbes” jurnalı “dollar milyarderləri”nin 39-cu illik reytinqini açıqlayıb.

 

Dünyanın ən varlı məşhurları siyahısına amerikalı rejissor və prodüser Stiven Spilberq başçılıq edir.

Rejissorun sərvəti 5,3 milyard dollar qiymətləndirilir. Nəşr vurğulayır ki, Spilberq ilk dəfə ən varlı amerikalılar reytinqinə hələ 1994-cü ildə daxil olub.

 

“Forbes” reytinqində ikinci yeri rejissor Corc Lukas tutub. Onun sərvəti 5,1 milyard dollar qiymətləndirilir.

Reytinqdə ilk üçlüyü 3,5 milyard dollar sərvəti ilə basketbolçu Maykl Cordan tamamlayır.

 

Qeyd edək ki, bundan əvvəl ABŞ Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri amerikalı sahibkar İlon Maskın dünyanın ən varlı adamı kimi tanındığı bildirilirdi. (Qafqazinfo)

 

Tacxeber.com

Oxşar xəbərlər

Zelenski Donbasdakı cəbhə xətti ilə bağlı şərt qoyub və Putinlə danışıqlar aparmağı tapşırıb.

redaktor

Tramp Putini açıq ittiham edən yazını paylaşdı

admin

Hava kəskin dəyişəcək: Bakıya qış soyuğu gəlir

redaktor