19 C
Bakı
08 Oktyabr 2026 08:24
Dünya

Filip Kirkorovun erməni separatçılarına dəstək olan atası vəfat etdi – FOTO

Məşhur rusiyalı müğənni Filipp Kirkorovun atası – Rusiyanın Xalq artisti Bedros Kirkorov 93 yaşında vəfat edib.

 

Tacxeber.comstarhit.ru-ya istinadən xəbər verir ki, bu barədə Filipp Kirkorov özü məlumat verib.

 

“Mən artıq uşaq deyiləm. Bu gün, 18 mart 2025-ci il, saat 15:37-də atam, Rusiyanın Xalq artisti Bedros Kirkorov həyatdan getdi. Amma ürəyimdən heç vaxt getməyəcəksən. Doğmalarınızla keçirdiyiniz hər anın qədrini bilin”, – deyə Filip Kirkorov bildirib.

 

Xatırladaq ki, Filip Kirkorovun atası, Rusiyanın xalq artisti Bedros Kirkorov Azərbaycanın qatı düşmənidir.

 

O, 2-ci Qarabağ müharibəsi zamanı Rusiyada yaşayan erməni diasporu ilə birlikdə Qarabağdakı separatçılar üçün 2 milyon 600 min rubl (təqribən 33 min dollar) pul toplayıb.

 

Yeri gəlmişkən, 2005-ci ilin iyulunda Rusiya estradasının bir çox “ulduz”u, o cümlədən Soso Pavliaşvili, Katya Lel, Aziza və Bedros Kirkorov Xankəndi stadionunda konsert proqramı ilə çıxış edib.

Tacxeber.com

Oxşar xəbərlər

Bu, kəşfiyyat tarixində informasiya almaq üçün ödənilən ən böyük məbləğlərdən idi

admin

“Tanqo üçün iki nəfər lazımdır”: Ukrayna beş atəşkəs formatı hazırlayır

redaktor

Məkkə İttifaqı

redaktor