Dünya

İrana açıq MESAJ

Ötən həftənin şənbə günü Amerika Birləşmiş Ştatlarının Mərkəzi Komandanlığı – CENTCOM Yəmənin Səna və Səada bölgələrində İranın dəstəklədiyi husilərin mövqelərinə kütləvi hücumlar həyata keçirib.

 

Bununla bağlı “Azad İran” “YouTube” kanalı videosüjet hazırlayıb.

 

Hücumda iştirak edən təyyarələr Qırmızı dənizdəki aviadaşıyıcı gəmidən havaya qalxaraq tapşırığı yerinə yetiriblər. Hücum başlamazdan bir saat əvvəl ABŞ Prezidenti Donald Tramp husilərə xəbərdarlıq edib ki, gəmiləri hədəfə almaq və İsrailə raket zərbələri endirmək də daxil olmaqla, öz hərəkətlərini dayandırmasalar, “cəhənnəmi yaşayacaqlar”.

 

Tramp, həmçinin xəbərdarlıq edib ki, İran husilərə dəstəyini dayandırmasa, ABŞ onu “tam məsuliyyətə cəlb edəcək və biz artıq bu məsələdə yumşaq davranmayacağıq”.

 

Xarici işlər və müdafiə nazirləri ilə birlikdə Vaşinqtonda bir otaqdan əməliyyatı izləyən ABŞ prezidenti “Truth Social” platformasında yazıb ki, o, ABŞ ordusuna Yəməndə husi terrorçularına qarşı qəti və güclü hərbi əməliyyatlara başlamağı əmr edib.

 

ABŞ prezidenti husiləri “İran tərəfindən maliyyələşdirilən, ABŞ və başqalarına qarşı amansız quldurluq, zorakılıq və terror kampaniyası aparan alçaqlar” adlandırıb.

Ətraflı süjetdə:

Oxşar xəbərlər

“Avropaya qoşunları Ukraynaya girsin!” – Trampdan MÜHÜM TƏKLİF

admin

Çin epizodlarının davamı: Pekində Putinin, Sinin və Kimin özəl söhbəti mikrafon açıq olduğundan efirə sızıb

admin

Dünyanın donuz böyrəyi olan ilk insanı öldü

admin