22.6 C
Bakı
29 İyun 2026 07:37
Cəmiyyət

Blogerlər reklama görə vergi ödəyəcək

“Reklam haqqında” qanun Azərbaycan Respublikasının ərazisində olan reklam istehlakçılarına ünvanlanan reklam daşıyıcısı olan rəqəmsal platforma reklamlarına da şamil ediləcək.

 

Tacxeber.com xəbər verir ki, bu, Milli Məclisin Aqrar siyasət komitəsində müzakirə edilən “Reklam haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.Beləliklə, rəqəmsal platforma təsirçisi reklam subyektləri sırasına daxil edilir.

 

Qeyd edək ki, rəqəmsal platforma təsirçisi dedikdə maddi qazanc qarşılığında öz nüfuzundan istifadə etməklə reklam daşıyıcısı olan rəqəmsal platformalarda reklam fəaliyyətini həyata keçirən fiziki və ya hüquqi şəxs nəzərdə tutulur.

 

Rəqəmsal platforma təsirçisi sırasına blogerlər və s. daxildir.

 

Beləliklə, blogerlər reklama görə vergi də verməli olacaqlar.

Tacxeber.com

Oxşar xəbərlər

“Televiziya kazino deyil ki, oradan pul qazanasan“ – Nailə İslamzadə

redaktor

Süni intellekt insanların işini əlindən alacaqmı?

redaktor

“Qurumun başı pul yığmağa qarışıb…” — AYNA-nın parklanma siyasəti ictimai narazılıq yaratdı

redaktor