22.5 C
Bakı
29 İyun 2026 04:45
CəmiyyətGündəmİdman

“Qarabağ”dan “transfer bombası” – Kadi qayıtdı, Romao getdi

“Qarabağ”dan “transfer bombası” - Kadi qayıtdı, Romao getdi

“Qarabağ” bu qış ilk transferi həyata keçirib.

Tacxeber.com-un məlumatına görə, Ağdam təmsilçisi “Ferensvaroş”da (Macarıstan) oynayan sabiq futbolçusu Kadi Borgesi heyətinə qatıb. Braziliyalı futbolçu artıq Bakıdadır.

 

Onunla 4 illik müqavilə imzalanacağı gözlənilir.

“Qarabağ” Kadinin əvəzində “Ferensvaroş”a futbolçusu Julio Romanonu göndərib. Yəni yeni transfer Kadi ilə Romao dəyişdirilib. Artıq “Qarabağ”ın düşərgəsini tərk edən Romao hazırda Macarıstandadır.

 

Xatırladaq ki, Kadi 2023-cü ilin yanvar ayında “Qarabağ”dan Rusiyanın “Krasnodar”a, 2024-cü ilin yayında isə “Krasnodar”dan “Ferensvaroş”a transfer olunub.

O, bu mövsüm Budapeşt klubu ilə bütün turnirlərdə 27 oyunda meydana çıxıb, 3 qol vurub, 7 qolun ötürməsini edib.  (Qol.az)

 

Tacxeber.com

Oxşar xəbərlər

Ağamirzə: “Ağakərim insanları tanımır” – VİDEO

redaktor

Qoy həmişə sülh olsun…

redaktor

“Qarabağ”ı “Qarabağ” edən səbr yiyəsi…

admin