İdman

“Ayxan Abbasov yaxşı kollektiv formalaşdırıb” – Qurban Qurbanov

Çatışmayan cəhətlərimiz nəzərə çarpırdı.

 

“Report”un məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov evdə “Şamaxı”ya qalib gəldikləri Misli Premyer Liqasının XIX turunun oyunundan sonra mətbuat konfransında deyib.

 

Təcrübəli mütəxəssis qələbəyə görə futbolçularına təşəkkür edib:

 

“Çatışmayan cəhətlərimiz nəzərə çarpırdı. Bu gün komandamızda dinamik və baxımlı oyun gözləmək asan deyildi. Çox vacib qalibiyyət əldə etdik. Ayxan Abbasov yaxşı kollektiv formalaşdırıb. “Şamaxı” öz oyununu get-gedə daha da təkmilləşdirir. Rəqib baş məşqçiyə uğurlar arzulayıram. Azarkeşlərimiz belə havada bizə dəstək oldular. Onlara təşəkkür edirəm”.

 

Qeyd edək ki, XIX turun görüşündə “Qarabağ” doğma meydanda “Şamaxı”ya 3:2 hesabı ilə qalib gəlib.

Tacxeber.com

Oxşar xəbərlər

“Sabah”ın Çempionlar Liqasında təqvimi

admin

Bir məğlubiyyət, min unudulan qələbə

redaktor

Aqil Abbas: “Qurban Qurbanovu gözdən salanlar səhv yol tuturlar, qısqanclıq edirlər”

redaktor