Hadisə

Almaniyada bayram bazarında terror: Çox sayda insan itkisi, 60 yaralı

Almaniyanın Saksoniya-Anhalt əyalətinin paytaxtı Maqdeburq şəhərində naməlum şəxslər idarə etdiyi iki avtomobili Milad yarmarkasındakı insanların üzərinə sürüb.

 

Tacxeber.com Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

 

Bildirilib ki, hadisə nəticəsində 11 nəfər ölüb, 60 nəfər xəsarət alıb. Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub. Əyalət polisi hadisə ilə bağlı rəsmi məlumat verməyib. Milad yarmarkasının rəhbəri insanları şəhər mərkəzini tərk etməyə çağırıb.

 

Saksoniya-Anhalt əyalətinin hökuməti hadisəni terror aktı qiymətləndirib.

Tacxeber.com

Oxşar xəbərlər

Putin bu günahlardan necə qurtulacaq sonda?

redaktor

Qəzada əsas amil: yüksək sürət, yoxsa dönmə manevri?

redaktor

KTMT parçalanır

admin