20 C
Bakı
03 Sentyabr 2026 06:10
Hadisə

18 yaşlı tələbənin hamamda meyiti tapıldı – Video

 

Bakıda kirayədə yaşayan tələbə oğlan faciəli şəkildə həyatını itirib.

 

Xezerxeber.az-ın məlumatına görə, Bakının “Tarqovı” kimi tanınan ərazisinə yaxın, Tolstoy küçəsi, 156 ünvanında kirayədə qalan beş gəncdən biri – Ramal Hüseynov hamamda dəm qazından boğulub.

 

Onlar Bakıya təhsil dalınca gəliblər. Beyləqan rayonu, Şahsevən kəndindən gələn bu gənclər təhsildən artıq qalan vaxtlarında da gecə növbəsində işləməyə başlayıblar.

 

Ramal hamamda aşkar olunanda özündə deyilmiş.

 

Məsələ ilə bağlı Baş Prokurorluqdan “Xəzər Xəbər”ə bildirilib ki, faktla bağlı araşdırma aparılır.

 

Qeyd edək ki, Ramal Hüseynov Azərbaycan İdman Akademiyasının tələbəsi olub. O, İdman menecmenti və kommunikasiya ixtisası üzrə təhsil alırmış.

 

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Tacxeber.com

Oxşar xəbərlər

Hadisə dini ekstremizm motivlidirsə, bu, çox pis

redaktor

Azərbaycanlılar Almaniyada səhv adamı qaçırdılar və buna görə məhkəmə qarşısına cıxarıldılar

admin

Zəfər bayramında böyük faciə: başınız sağ olsun, Türkiyə!

redaktor