Dünya

İranda din xadimi öldürüldü – Eyni şəhərdə ikinci qətl

İranda din xadimi öldürüldü - Eyni şəhərdə ikinci qətl

Bu gün İranın Kazerun şəhərində Cümə namazı qıldıqdan sonra bu şəhərin imam-cüməsi höccətül-İslam Məhəmməd Səbahi qətlə yetirilib.

 

Tacxeber.com shahraranews-a istinadla xəbər verir ki, sui-qəsddən dərhal sonra qatil intihar edib.

 

Kazerunun imam-cüməsi xəstəxanaya aparıldıqdan sonra dünyasını dəyişib.

 

Hücumun motivi hələlik müəyyən edilməyib.

 

Məhəmməd Səbahi 5 il əvvəl bu şəhərə dini rəhbər təyin olunub. Ondan əvvəlki imam-cümə Məhəmməd Xorsənd də dini mərasimdən qayıdarkən qətlə yetirilib.

Tacxeber.com

Oxşar xəbərlər

Moskvanın qarşısında seçim: Azərbaycanla münasibətlər, yoxsa təxribatlar?

redaktor

Azərbaycan diplomatlar üçün hərbi risk yaradan ölkələr siyahısına İranı da əlavə edib

redaktor

İran Trampın oğluna sui-qəsd cəhdi ilə bağlı iddialara cavab verdi

redaktor