DünyaSiyasət

Rusiya son anda şoka salacaq, təxribat olacaq – M. Saakaşvili

“Yaxın günlərdə Gürcüstanda təxribatların olacağını düşünürəm”.

 

Tacxeber.com xəbər verir ki, bunu Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili “Azadlıq Radiosu”na deyib.

 

“Son anda şoka salmaq Rusiyanın tərzidir. Hansısa videolar peyda olacaq, hətta daha pis şeylər də baş verə bilər”, – Saakaşvili deyib.

 

O, hakim Gürcü Arzusu Partiyasının parlament seçkilərində qalib gəlməsini qəbuledilməz adlandırıb:

 

“Bu, tamamilə istisnadır. Əgər onlar seçkinin nəticələrini ləğv edib hakimiyyəti ələ keçirsələr, Gürcüstan müstəqil dövlət kimi mövcudluğunu itirəcək”.

Tacxeber.com

Oxşar xəbərlər

İsrail prezidenti İsaak Hersoq yeni hökuməti formalaşdırmaq səlahiyyətini müxalifət lideri Qadi Ayzenkota verib

redaktor

Ərdoğan Qarabağa gəlir: Bakı ilə Ankara arasında buzlar əriyəcəkmi?

redaktor

Türküstanın yeganə şansı: Güney Azərbaycan

redaktor