19 C
Bakı
20 Oktyabr 2026 23:26
Dünya

Fulya Öztürkə Livanda hücum etdilər: yoxa çıxdı – VİDEO

Fulya Öztürkə Livanda hücum etdilər: yoxa çıxdı - VİDEO

Tanınmış jurnalist Fulya Öztürk canlı yayım zamanı hücuma məruz qalıb.

 

CNN Türk-ün müxbiri olan Fulya Livandan canlı yayıma qoşulub. Yayım zamanı ona naməlum şəxslər hücum ediblər.

 

O, hadisə zamanı bağlantını kəsib. Bundan sonra jurnalistlə əlaqə saxlamaq mümkün olmayıb.

 

Bir neçə saat sonra Fulya yayıma qoşularaq yaxşı olduqlarını deyib.

 

Qeyd edək ki, Fulya Öztürk Qarabağda 44 günlük Vətən Müharibəsini fəal şəkildə işıqlandırıb.

Oxşar xəbərlər

Türkiyənin “hassasiyeti”ləri

redaktor

Fransaya gülməzdən əvvəl tarixi öyrənin

redaktor

Türkiyə–Azərbaycan münasibətlərində sınaq: Qardaşlığı qoruyan kimdir, gərginliyi artıran kim?

redaktor