19 C
Bakı
20 Oktyabr 2026 23:25
Cəmiyyət

Telefona daxil olub, pulları çəkirlər – Bu cür qorunun!

 

Son dərəcə təhlükəli kiber müdaxilə var. Vətəndaşların smartfonlarına daxil olaraq, bank hesablarından pulların çəkilməsi ilə bağlı şikayətlər artır.

 

Tacxeber.comxəbər verir ki, bu sözləri İT mütəxəssisi Fərid Pərdəşünas deyib.

 

“Araşdırma və ilkin dəyərləndirmələrim göstərir ki, bu hücum növü ilə birbaşa smartfona müdaxilə olunur. Bu dələduzluq aktı deyil, kiber müdaxilədir. Smartfona quraşdırdığınız kənar tətbiqlər – “apk” faylları vasitəsilə bu müdaxilələrin olduğu ilkin ehtimaldır.

 

Vətəndaşlar ilkin olaraq telefonlarının söndüyünü, servisə aparıb, düzəltdikdən sonra isə bank hesablarında olan vəsaitlərinin hamısının çəkildiyindən şikayətlənirlər.

 

Qorunma üçün smartfonlarınıza kənar “apk” faylları yükləməkdən çəkinin”, – mütəxəssis bildirib.

Tacxeber.com

Oxşar xəbərlər

Güclü dövlət yalnız güclü və sağlam cəmiyyət üzərində qurula bilər

redaktor

Yaxşı mübarizə, məyusedici nəticə

admin

Fransaya gülməzdən əvvəl tarixi öyrənin

redaktor