Dünya

Böyük Britaniyalı nazir müavininin konfrans zamanı çantası OĞURLANDI

Böyük Britaniyada Daxili işlər nazirinin müavini Diano Consonun polislərlə keçirdiyi konfransda çantası oğurlanıb.

 

Tacxeber.comxəbər verir ki, bu barədə “BBC” məlumat yayıb.

 

Bildirilib ki, hadisə çərşənbə axşamı Uorvikşir qraflığında baş verib. Naməlum şəxs konfrans zamanı nazir müavinin çantasını oğurlayıb.

 

Diana Conson həmin konfransdakı çıxışında şəhərlərin anti-sosial davranış və oğurluq halları ilə üzləşdiyi haqqında çıxış edib.

 

Uorvikşir polisi oteldə çantanın oğurlanması faktını araşdırdıqlarını bildirib.

 

Qeyd edək ki, Diana Conson iyul ayında Leyboristlər hökumətində daxili işlər nazirinin polis məsələləri və cinayətkarlıqla mübarizə üzrə müavini təyin edilib.

Tacxeber.com

Oxşar xəbərlər

Abdin Fərzəliyevin yol əməliyyatı – 5 milyonluq tender və bərbad yollar

redaktor

Coca-Cola-nı dünya brendi halına gətirən 7 strategiya nə idi?

redaktor

Türkləri inkar edən Smolin kimdir? – Rus rəsmilər onu məcbur etməlidir ki…

redaktor