Cəmiyyət

104 yaşlı seçici səs verdi

Lənkəranda 104 yaşlı seçici növbədənkənar parlament seçkilərində səs verib.

 

APA-nın cənub bürosunun verdiyi məlumata görə, Lənkəran rayonunun Xarxatan kənd sakini olan 104 yaşlı Qızvəs Mehtiyeva səhhətində problem yarandığı üçün 76 saylı Lənkəran – Masallı seçki dairəsinin 29 saylı məntəqəsinə seçki qutusunun evinə gətirilməsi üçün müraciət edib. Onun istəyinə uyğun olaraq evinə səyyar seçki qutusu gətirilib.

 

Qızvəs Mehtiyeva bildirib ki, əvvəlki bütün seçkilərdə iştirak edib: “Səhhətimdə yaranan problemə görə məntəqəyə gedə bilmədim. Layiqli namizədə səs verdim”.

Tacxeber.com

Oxşar xəbərlər

Bu ayıbı aradan qaldırmaq lazımdır…

redaktor

General Raul Zeynalov şabalıd alveri edirmiş

admin

Əhmədov AB Şurasına məhkəmədə qalib gəldi

redaktor