22.6 C
Bakı
29 İyun 2026 09:05
CəmiyyətHadisə

Suraxanıda yanğının evlərə keçməsinin qarşısı alındı – FOTO/VİDEO

Suraxanıda yanğının evlərə keçməsinin qarşısı alındı - YENİLƏNİB + FOTO/VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutunun Eksperimental Təcrübə-Sınaq İşləri Müəssisəsinin ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri hadisə yerinə cəlb olunub.

 

Tacxeber.com xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.

Bildirilib ki, nazirliyin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğının ətraf ərazilərə, o cümlədən yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

 

Tacxeber.com

Oxşar xəbərlər

Gəncə şəhərinin dərdini tapıb müalicə eləmək lazımdır.

redaktor

Gənc qız təsadüfən 77 qardaş və bacısı olduğunu öyrəndi – FOTOLAR

admin

Sürücülərin nəzərinə: Qırmızı işıqda qalmamaq üçün bilməli olduğunuz qayda

redaktor