
Şuşa hotelləri bu ilin I yarısında 5 milyon 137,2 min manat xərcə qarşı cəmi 2 milyon 571 min manat gəlir əldə edib.
Tacxeber.com bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Azərbaycan hotelləri bu ilin ilk yarısını 43,4 milyon manat – MƏNFƏƏTLƏ TAMAMLAYIB
Bu da gəlirlərin xərclərdən 2 dəfə az olması nəticəsində hotellərin 2 milyon 566,2 milyon manat zərər etmələri ilə nəticələnib.
Son bir illə müqayisədə gəlirlər 359,7 min manat və ya 16,3%, xərclər 2 milyon 346 min manat və ya 84%, zərər isə 1 milyon 986,3 min manat və ya 4,4 dəfə artıb.
