22.5 C
Bakı
29 İyun 2026 05:43
CəmiyyətGündəmİqtisadiyyat

İşçi axtarılır – Maaş 1000-1200

Azera Holding marketinq üzrə mütəxəssis axtarır.

 

Son tarix 07 sen 2024 – [email protected]

 

  İş barədə məlumat:

 

Marketinq planını hazırlamaq və rəhbərliyə təqdim etmək;

 

Satış və marketinq KPİ nəticələrinin monitorinqi və hesabatı;

 

Marketinq tədqiqatların aparılmasını, onun üçün zəruri olan informasiyanın toplanılmasını, işlənməsini və marketinq informasiya sisteminin yaradılmasını təşkil etmək;

 

 

Marketinq sahəsinin inkişafı məqsədilə daim yeni axtarışlar etmək və müvafiq istiqamətlər barədə rəhbərliyə xəbər vermək;

 

Şirkətin bazarda təqdim etdiyi bütün növ cari və yeni maliyyə məhsul və xidmətlərinin reklamını təşkil etmək;

 

Xarici satış kanallarını (İnternet, SMS, Mobil, web portallar və s.) müəyyən edərək, habelə strategiya və inkişaf planı layihələrini hazırlayaraq icra etmək, onların nəzarətini və təhlilini aparmaq;

 

Şöbənin fəaliyyəti çərçivəsində qarşıya çıxacaq digər məsələləri həll etmək.

 

  Namizədə tələblər:

Təhsil: Ali təhsil( Marketinq sahəsi üzrə)

Dil bilikləri: Azərbaycan dili, rus dilində səlis danışıq qabiliyyəti

Kompyuter bilikləri: MS Office proqramlarında işləmək bacarığı, Adobe Illustrator and Photoshop bilmək üstünlükdür.

İş təcrübəsi: Müvafiq sahədə minimum 2 il

Peşəkar səviyyədə yazılı və şifahi ünsiyyət, planlama və analiz bacarığı;

Rəqəmsal marketinq üzrə sertifikata malik namizədlərə üstünlük veriləcək.

 

  İş şəraiti:

Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə

5 günlük iş qrafiki.

Əmək haqqı: 1000-1200 AZN

Uygun olan namizədlərdən cv-lərinizi şirkətin və vakant yerin adını mövzu hissəsinə qeyd etməklə elektron mail ünvanına göndərməniz xahiş edilir. (Fed.az)

Tacxeber.com

Oxşar xəbərlər

Normadan çox su içmək sağalmaz xəstəliyə səbəb olur

redaktor

Hökmdar və vassal

redaktor

AYNA jurnalistlərə trolluq təklif edib?

redaktor