Dünyaİdman

“Qarabağ”ın lideri uğrunda Avropa klubları ilə ərəblərin mübarizəsi başladı.

“Qarabağ”ın futbolçusu Abdullah Zubir karyerasını Fransa Liqa 1-də davam etdirə bilər.

 

32 yaşlı vinger sözügedən çempionatda çıxış edən bir neçə klubun maraq dairəsindədir. Bu barədə “Le Quotidien du Sport” məlumat yayıb.

Fransalı yarımmüdafiəçinin “Tuluza”nın maraq dairəsində olduğu bildirilib. Zubirin adı daha bir neçə Liqa1 klubunun transfer siyahısında yer alıb.

 

Futbolçu uğrunda mübarizənin asan olmayacağı, Şotlandiyanın “Seltik”, Almaniyanın “Auqsburq” və Səudiyyə Ərəbistanının “Ər-Riyad” klublarının onu heyətlərinə qatmaq istədiyi vurğulanıb.

Xatırladaq ki, 2018-ci ildən “Qarabağ”da çıxış edən Zubirin Ağdam klubu ilə müqaviləsi 2024-cü ilin iyununda başa çatır. (Publika)

Tacxeber.com

Oxşar xəbərlər

Zelenski öz otağında yanan Kremlin rəsmini asıb

redaktor

New York Post: Ukraynanın iştirakı olmadan Tramp-Putin sülh sazişi mənasızdır

redaktor

Əziz Səncərdən beyin xərçənginin müalicəsində inqilabi kəşf.

admin