24.2 C
Bakı
28 İyun 2026 19:33
DünyaMuharibə

Ukraynaya köməyə gəlmişdi – Rus ordusu Fransa alayını vurdu

Rusiya silahlı qüvvələri Ukraynanın Slavyansk şəhərində (Donetsk vilayəti) Fransa muzdlularının yerləşdiyi mövqeyə zərbə endirib.

 

Bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Məlumata görə, səhər saatlarında Slavyanskda güclü partlayış baş verib. Zərbə Ukrayna ordusuna kömək üçün SEZAR özüyeriyən silahlar gətirən ukraynalı artilleriyaçılar və fransız muzdlularının yerləşdiyi mövqeyə dəyib.

 

Rusiya mənbələri ötən həftə Fransa Xarici Legionunun 3-cü Piyada Alayının döyüşçülərinin Slavyanska gəlməsi barədə məlumat veriblər. Qrupa artilleriya kəşfiyyatı üzrə mütəxəssislər və hərbi mühəndislər daxildir. Qrupa ümumilikdə 100-ə yaxın döyüşçünün daxil olduğu bildirilir.

Slavyansk Çasiv Yar şəhərindən 45 km aralıda yerləşir, hazırda onun uğrunda döyüşlər gedir. Rus mediasının iddiasına görə, Rusiya ordusu Çasiv Yar yaxınlığında Ukraynanın müdafiəsini yarıb. (Teleqram)

Tacxeber.com

Oxşar xəbərlər

Tramp İranı etirazçıları dəstəkləməklə hədələdi

redaktor

Xamneyi Maduronun yolunu gedəcək, yoxsa Əsədin?

admin

Trampın 100%-lik rüsum qərarı kriptobazarını sarsıtdı

admin