Maraqlı

Ölməzdən 1 ay əvvəl hər kəsin gördüyü yuxular

Los-Angeles hospitalının tibb bacısı Culie Fadden insanların ölməzdən əvvəl nə gördükləri ilə bağlı mühüm müşahidələrini paylaşın. O qeyd edib ki, “demək olar ki, bütün insanlar” ölməzdən təxminən bir ay əvvəl təsəlliverici görüntülər yaşayırlar.

 

Tacxeber.com xəbər verir ki, o, müşahidələrini “TikTok” hesabında paylaşıb.

 

“Qorxulacaq heç bir şey” kitabının müəllifi MakFadden deyir ki, “rahatlıq” deyilən görüntülər adətən ölümdən təxminən bir ay əvvəl baş verir. O, həyatlarının son mərhələsində xəstələrlə işləmək təcrübələrini ətraflı şəkildə izah edərək, onların bir çoxunun dünyasını dəyişən yaxınlarını görməyə başladığını qeyd edib.

 

“Bu hal qeyri-adi deyil. Bu təcrübəni yaşayan insanların çoxu tam şüurlu olaraq qalır və halüsinasiyalardan əziyyət çəkmir”, tibb bacısı izah edib. Onun sözlərinə görə, bu görüntülərdə ölmək üzrə olan insan öz qohumlarını, yaxın dostlarını və hətta son anlarında onlara təsəlli vermək və dəstək olmaq üçün gələn ev heyvanlarını da əhatə edir.

 

MakFadden həmçinin qeyd edib ki, halüsinasiyalar və ya xəyalların nəticəsi olmayan bu görüntülər ölənlərə rahatlıq gətirir. Onun sözlərinə görə, belə görüntülər zamanı insanlar tam şüurlu olurlar.

Tacxeber.com

Oxşar xəbərlər

Vanqanın 2026-cı il üçün ŞOK proqnozları

redaktor

“İlan yağı”nın sehri, əcdadların sirli resepti, yalançı loğman… Dərman adı ilə insanları aldadıb sərvət qazanan amerikalının hekayəti

admin

Ən “lal” deputtalardan biri olan Mircəlil Qasımlınin Avropada …….

admin